22/05/2021
10:40
2085
| A A A
Benzema mövsümün ən yaxşısı seçildi

Real Madrid-in hücumçusu Kərim Benzema fransız jurnalı Onze Mondial tərəfindən təqdim olunan Avropanın 2020/2021 mövsümünün ən yaxşı oyunçusu mükafatını alıb.

Goal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin saytı məlumat yayıb. 33 yaşlı futbolçu səsvrmədə 47.3% səs toplayıb. O, Barcelona-dan Lionel Messini (20.1%), Bayern Münich-dən Robert Levandovskini (11.3%) qabaqlayıb.

Qeyd edək ki, Benzema bu mövsüm bütün turnirlərdə 45 matçda 29 qol vurub, 8 qolun ötürməsini verib.