25/05/2021
16:54
3125
| A A A
Almaniya millisinin yeni baş məşqçisi bilindi — RƏSMİ

Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, yığmanı Hans-Diter Flik çalışdıracaq. Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Bu mövsümün sonunda Bayern Munich-dən ayrılan Flik AVRO-2020-dən sonra Almaniya millisinə baş məşqçilik edəcək. Həmin vaxtadək isə bu vəzifəni hazırkı hazırkı baş məşqçi Yoahim Löv yerinə yetirəcək.