22/06/2021
15:35
5945
| A A A
Xavi Martinesin yeni klubu bilinir

Bayern Münich ilə yollarını ayıran Xavi Martinesin yeni ünvanı məlum olub.

Goal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Qətər klubu ilə razılıq əldə edib.

Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Martineslə razılaşmanın detalları açıqlanmayıb.

Qətərin eyniadlı klubu ölkənin Ulduzlar Liqasında mübarizə aparır.(matc)