25/06/2021
18:45
3169
| A A A
Bayern Münich keçmiş futbolçusunu transfer edir

Lille-in futbolçusu Renatu Sanşeş yenidən Bundesliqada çıxış edə bilər.

Goal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə sabiq klubu Bayern Munich maraqlanır.

Münhen təmsilçisi 23 yaşlı futbolçunu 30 milyon avroya geri almaq hüququna malikdir. Klub bu imkandan istifadə etmək istəyir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2016-2019-cu illərdə Bayern-də çıxış edib