01/07/2021
23:43
4961
| A A A
Bayern Münich-də yeni müqavilə

Bayern Münich müdafiəçisi Yosip Stanişiçlə müqavilənin müddətini artırıb.

Goal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb.

Yosip Stanişiç 2017-ci ildən Bayern-in sıralarındadır. O, artıq Bundesliqa nəhənginin əsas komandasında da debüt edib. Lakin daha çox münhenlilərin ikinci komandasında forma geyinir.

Almaniya vətəndaşlığına malik futbolçu bu ölkənin U-19 yığmasında da oynayıb.