04/07/2021
20:46
1039
| A A A
Bayern Münich-in futbolçusu əməliyyat olundu

Bayern Münich-in və Fransa millisinin üzvü Lukas Ernandes əməliyyat olunub.

Goal.az xəbər verir ki, müdafiəçi sol dizindən əməliyyat edilib. Fransa millisinin heyətində zədələnən futbolçunun tezliklə reablitasyaya başlayacağı və bir neçə həftədən sonra məşq edə biləcəyi qeyd olunub.

Lukas Ernandes ötən mövsüm Bayern-in heyətində 18 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.