05/07/2021
10:40
1540
| A A A
Levandovski ən yaxşı seçildi

Bayern Münich 2020/21 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, qalib Robert Levandovski olub. O, azarkeşlərin 76,8 faiz səsini toplayıb.

İkinci yeri Tomas Müller tutub (10,3 faiz). Jozua Kimmix 3-cü olub(6,9 faiz).

Qeyd edək ki, Levandovski ötən mövsüm Bayern-də 40 matçda 48 qol vurub.