10/07/2021
13:27
4807
| A A A
Belçika millisinin üzvü Bayern Münich-in hədəfində

Rennes-in və Belçika milli komandasının futbolçusu Jeremi Doku karyerasını Almaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Bayern Münich klubu 19 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen klubunun yaxın zamanda Doku üçün Rennes-ə təklif göndərəcəyi bildirilir.

Rennes-lə müqaviləsi 2025-ci ilin yayına qədər olan Dokunun transfer dəyəri 22 milyon avrodur.

Doku Belçika yığması ilə AÇ-2020-də iştirak edib.