13/07/2021
10:40
1864
| A A A
Bayern Münich-də ağır itki

Bayern Münich-in müdafiəçisi Alfonso Devis zədələnib.

Goal.az xəbər verir ki, 20 yaşlı futbolçu komandanın məşqində sıradan çıxıb.

Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kanadalı futbolçuya sol ayaq biləyinin oynaq bağının qopması diaqnozu qoyulub.

Devis azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.