27/07/2021
23:32
2309
| A A A
Bayern Münich-də koronavirus şoku

Bayern Münich yarımmüdafiəçisi Korentin Tolissoda koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

İstirahətdə olan fransız futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də 26 yaşlı yarımmüdafiəçi karantinə alınıb.

Fransa yığmasının üzvü 2017-ci ildən Bayern-də çıxış edir.