29/08/2021
12:52
1506
| A A A
Noyerdən rekord göstərici

Bayern Münich-in kapitanı Manuel Noyer yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, almaniyalı qolkiperin rekordu Bundesliqanın 3-cü turunda Hertha ilə görüşdə (5:0) qeydə alınıb.

35 yaşlı qapıçı bu matçla Bundesliqada qol buraxmadığı oyunların sayını 205-ə çatdırıb. Bununla da o, Bayern-in sabiq qapıçısı Oliver Kannın rekordunu (204) qırıb.

Qeyd edək ki, Noyer Bayern-da ümumilikdə 437 oyun keçirib və onlardan 213-də qapısını toxunulmaz saxlayıb.