10/03/2021
19:21
1842
| A A A
Holanddan rekord göstərici

Borussia Dortmund Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Sevilla ilə qollu bərabərə qalıb.

Goal.az xəbər verir ki, 2:2 hesabıyla bitən matçda Dortmund təmsilçisinin hücumçusu Erlinq Holand yeni rekorda imza atıb. Belə ki, Sevilla ilə oyunda dubl edən Holand, Çempionlar Liqasında 20 qola ən tez (14 oyun) çatan futbolçu olub.

Bundan əvvəlki rekord Tottenham-in hücumçusu Harri Keyndə idi. İngilis hücumçu 20 qola 24 oyunda çatıb.

Qeyd edək ki, Borussia iki oyunun nəticəsinə görə Sevilla-nı mübarizədən kənarlaşdırıb və 1/4 final mərhələsinə yüksəlib.