11/03/2021
11:21
1535
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Goal.az xəbər verir ki, namizədlər sırasında Erlinq Holand (Borussia Dortmund), Serjiu Oliveyra (Porto), Fabinyo (Liverpool) və Keylor Navas (PSG) yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək həftənin ən yaxşı oyunçusunu seçəcək.