12/03/2021
18:38
1303
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Goal.az xəbər verir ki, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, Almaniyanın Borussia Dortmund klubunun futbolçusu Erlinq Holand layiq görülüb.

Norveçli hücumçu evdə Sevilla ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə dublla yadda qalıb.