09/04/2021
16:33
1352
| A A A
Holanddan avtoqraf alan hakim cəzalandı

Rumıniya Futbol Federasiyasının Hakimlər Komitəsi referi Oktavian Şovreni çempionatdakı işindən kənarlaşdırıb.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu tvitterdə yazıb.

Yan xətt hakimi funksiyasını yerinə yetirən Şovre 2020/2021 mövsümünün sonunadək əsas referi Ovidiu Hatseqanın komandasında yer ala bilməyəcək.

Oktavian Şovre Çempionlar Liqasının 1/4 finalında Manchester City komandası ilə görüşdən sonra Borussia Dortmund klubunun futbolçusu Erlinq Holanddan avtoqraf alıb.

Daha sonra rumıniyalı hakimin həmin formanı autizm xəstələrinin müalicəsi ilə məşğul olan mərkəzə təhvil vermək üçün futbolçunun imzasını aldığı məlum olub.

Qarşılaşma Dortmund klubunun 1:2 hesablı məğlubiyyəti ilə bitib.(report)