14/04/2021
10:30
3405
| A A A
Çempionlar Liqasında növbəti yarımfinalçılar müəyyənləşir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında sonuncu yarımfinalçılar bəlli olacaq.

Goal.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş tutacaq.

Liverpool səfərdə 1:3 hesabıyla uduzduğu Real Madrid bu dəfə doğma meydanda qəbul edəcək. İngiltərə çempionu mərhələ adlamaq üçün rəqibi üzərində inamlı qələbə qazanmağa borcludur.

Borussia Dortmund isə da Almaniyada Manchester City ilə üz-üzə gələcək. İngiltərə Premyer Liqasının liderinə bu görüşdə mərhələ adlamaq üçün heç-heçə də bəs edəcək.

Xatırladaq ki, ilk oyun günündən sonra PSG və Chelsea yarımfinala vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası

1/4 finalın cavab oyunları

23:00. Liverpool – Real Madrid (1:3)

23:00. Borussia Dortmund – Manchester City (1:2).