05/09/2019
16:30
3881
| A A A
FİFA ilin rəmzi komandasına namizədləri açıqladı

FİFA 2019-cu ilin rəmzi komandasına namizəd futbolçuları açıqlayıb.

Goal.az-ın Peşəkar Futbolçuların Assosiasiyalarının Beynəlxalq Federasiyasının (FİFPRO) saytına istinadən yaydığı xəbərə görə, siyahıda 55 oyunçu yer alıb. Onlardan 5-i qapıçı, 20-i müdafiəçi, 15-i yarımmüdafiəçi və 15-i hücumçudur.

Qapıçılar: Alisson Bekker (Braziliya, Liverpool), David De Xea (İspaniya, Manchester United), Ederson (Braziliya, Manchester City), Yan Oblak (Sloveniya, Atletico Madrid), Mark-Andre ter Stegen (Almaniya, Barcelona)

Müdafiəçilər: Jordi Alba (İspaniya, Barcelona), Trent Aleksander-Arnold (İngiltərə, Liverpool), Dani Alveş (Braziliya, PSG / San-Paolo), Joau Kanselu (Portuqaliya, Juventus / Manchester City), Daniel Karvahal (İspaniya, Real Madrid), Corco Kyellini (İtaliya, Juventus), Vircil van Deyk (Hollandiya, Liverpool), Dieqo Qodin (Uruqvay, Atletico Madrid / İnter), Yozua Kimmix (Almaniya, Bayern Münich), Kalidu Kulibali (Seneqal, Napoli), Emerik Laport (Fransa, Manchester City), Matteys de Liqt (Hollandiya, Ajax/ Juventus), Jerar Pike (İspaniya, Barcelona), Serxio Ramos (İspaniya, Real Madrid), Endrü Robertson (Şotlandiya, Liverpool), Aleks Sandro (Braziliya, Juventus), Tiaqo Silva (Braziliya, PSG), Rafael Varan (Fransa, Real Madrid), Marselo (Braziliya, Real Madrid), Kayl Uoker (İngiltərə, Manchester City)

Yarımmüdafiəçilər: Serxi Buskets (İspaniya, Barcelona), Kasemiro (Braziliya, Real Madrid), Kevin De Brüyne (Belçika, Manchester City), Kristian Eriksen (Danimarka, Tottenham), Frenki de Yonq (Hollandiya, Ajax / Barcelona), Eden Hazard (Belçika, Chelsea / Real Madrid), Nqolo Kante (Fransa, Chelsea), Toni Kroos (Almaniya, Real Madrid), Artur (Braziliya, Barcelona), Luka Modriç (Xorvatiya, Real Madrid) Pol Poqba (Fransa, Manchester United), İvan Rakitiç (Xorvatiya, Barcelona), Bernard Silva (Portuqaliya, Manchester City), Duşan Tadiç (Serbiya, Ajax), Arturo Vidal (Çili, Barcelona)

Hücumçular: Serxio Aquero (Argentina, Manchester City), Kərim Benzema (Fransa, Real Madrid), Roberto Firmino (Braziliya, Liverpool), Antuan Qrizmann (Fransa, Atletico Madrid / Barcelona), Harri Keyn (İngiltərə, Tottenham), Robert Levandovski (Polşa, Bayern Münich), Sado Mane (Seneqal, Liverpool), Kilian Mbappe (Fransa, PSG), Lionel Messi (Argentina, Barcelona), Neymar (Braziliya, PSG), Kriştiano Ronaldo (Portuqaliya, Juventus), Məhəmməd Salah (Misir, Liverpool), Son Xın Min (Cənubi Koreya, Tottenham), Rahim Sterlinq (İngiltərə, Manchester City), Luis Suares (Uruqvay, Barcelona)

Qeyd edək ki, FİFA mükafatları sentyabrın 23-ü Milanın "La Skala" opera teatrında təqdim edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36032 səs