13/09/2019
15:33
1178
| A A A
Chelsea-də 4 illik müqavilə

Chelsea klubu futbolçusu Billi Gilmorun müqaviləsinin müddətini uzadıb.

Goal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2017-ci ildən Chelsea-də çıxış edən Gilmor, bu mövsüm Premyer Liqada debüt edib. Rangers klubunun yetirməsi olan yarımmüdafiəçi, 19 yaşadək futbolçulardan ibarət Şotlandiya millisinin də formasını geyinir.

Gilmorun əvvəlki müqaviləsinin müddəti 2021-ci ilə qədər idi.