Fenerbahçe-də yeni müqavilə
Fenerbahçe futbolçusu İsmayıl Yükseklə müqaviləni uzadıb.
Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər artırılıb.
Türkiyə yığmasının da üzvü olan İsmayıl bu mövsüm 17 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.