22/10/2019
11:10
1340
| A A A
Galatasaray Real-la oyuna Falkaosuz çıxacaq

Galatasaray-ın futbolçusu Radamel Falkao Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Real-la oyunu buraxacaq.

Goal.az xəbər verir ki, kolumbiyalı hücumçu zədə səbəbindən Madrid klubu ilə matç üçün heyətə daxil edilməyib.

33 yaşlı futbolçu daha əvvəl Türkiyə Super Liqasında Genclerbirliyi və Sivasspor-la oyunları da eyni səbəbdən buraxmalı olub.

Xatırladaq ki, Galatasaray - Real görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8769 səs