25/10/2019
16:11
2319
| A A A
Beyl Real-la qadağa barədə razılığa gəldi

Real-ın hücumçusu Qaret Beyl klubla anlaşma əldə edib.

Goal.az xəbər verir ki, bu, futbolçunun zədəsi ilə bağlıdır.

Belə ki, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşmada zədələnən Uels millisinin üzvünün zədəsi barədə məlumat verilmir. Məsələ burasındadır ki, Beyl özü zədəsi haqda açıqlama verilməsini kluba qadağan edib. Futbolçu zədə ucbatından La Liqanın IX turunda Mallorca və Çempionlar Liqasının qrup mərhələsində Galatasaray-la matçı buraxıb.

Uels yığması isə gələn ay seçmə mərhələnin son oyunlarında Azərbaycan və Macarıstanla qarşılaşacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1017 səs