07/11/2019
16:45
971
| A A A
“Uduzmaqdan qorxduğumuzu hiss etdim” – Tuxel

PSG-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasında Brügge-ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, alman mütəxəssis, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Çətin oyun olacağını bilirdik. Brügge bu günə kimi 25 matç keçirib və yalnız bizə uduzub. İlk 15 dəqiqə çox top itkisi etdik. Daha sonra oyuna qayıtdıq və üstün tərəf olduq. Penalti epizodundan sonra uduzmaqdan qorxduğumuzu hiss etdim. Nə də olmasa, 4 oyuna qol buraxmamaq vacibdir.

Uğura ac komandayıq. Qrupdan çıxmağı sığortaladıq, ancaq qarşıda iki oyunumuz var. Real Madrid və Galatasaray oyunu bizim üçün test olacaq”.(komanda.az)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs