11/11/2019
17:43
1985
| A A A
Galatasaray-da növbəti ciddi itki

Galatasaray-da zədəlilər sırasına daha bir futbolçu qoşulub.

Goal.az xəbər verir ki, komandanın aparıcı üzvü Florin Andonenin minimum 10-12 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Klubun rəsmi saytı məlumat yayıb ki, Türkiyə Superliqasının 11-ci turunda səfərdə Gaziantep-lə matçın (2:0) 11-ci dəqiqəsində zədələnərək meydanı tərk edən 26 yaşlı hücumçunun diz bağlarında yırtıq aşkarlanıb.

Rumınyalı forvard bu mövsüm “aslanlar”ın heyətində ümumilikdə, 9 oyunda 2 qol vurub.

Qeyd edək ki, Andonedən əlavə, Radamel Falkao, Əmrə Akbaba, Şənər Özbayraklı və Yunes Belhanda da zədə səbəbindən komandasına kömək edə bilmir.