Juventus-un yeni prezidenti bəlli olub
Juventus-un yeni prezidenti müəyyənləşib.
Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. A seriyası klubunun yeni prezidenti 60 yaşlı Canluka Ferrero olub. Maurisio Skanavio isə baş icraçı direktor təyin edilib.
Juventus-un səhmlərinin 63,8 faizinə malik "Exor" şirkətinin namizədləri arasından direktorlar şurasına bu şəxslər təyin olunublar: Canluka Ferrero, Vittoria Neqri, Maurisio Skanavio, Dieqo Piston, Laura Kapiello.
Qeyd edək ki, Juventus-un son prezidenti Andrea Anyelli olub. O, ötən ilin noyabrında vəzifəsindən istefa verib.