22/09/2019
16:25
2263
| A A A
“Özümü əla formada hiss edirəm” – Balotelli

Brescia-nın hücumçusu Mario Balotelli bildirib ki, hazırda özünü əla formada hiss edir və yenidən İtaliya millisində oynamaq istəyir.

Goal.az xəbər verir ki, o deyib ki, axır 6 aydakı məşqi son 10 ildəki hazırlığından daha güclü olub: “Mən hələ oyunlara tam köklənməmişəm. İki yoxlama oyununda iştirak etmişəm. Amma əla formadayam. Son dəfə mənim belə çəkim Manchester City-də oynayanda olmuşdu”.

29 yaşlı hücumçu bildirib ki, onun məqsədi milliyə dəvət alıb “Avro-2020”də iştirak etməkdir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5757 səs