23/09/2019
17:44
2189
| A A A
FİFA-nın The Best mükafatının qaliblərinin adı açıqlanır

Bu gün İtaliyanın Milan şəhərində FİFA-nın The Best mükafatının qaliblərinin adı açıqlanacaq.

Goal.az xəbər verir ki, dünyanın ali futbol qurumunun təsis etdiyi bu mükafat ötən mövsümün (16 iyul, 2018 - 19 iyul, 2019-cu ilə qədər olan dövr) yekunlarına görə verilir və “Qızıl top” mükafatının davamı sayılır. Qalib azarkeşlər, jurnalistlər, millinin məşqçisi və kapitanları arasındakı sorğu əsasında müəyyənləşir.

Bu dəfə ilin oyunçusu adına Portuqaliya millisi və Juventus-dan Kriştiano Ronaldo, Argentina millisi və Barcelona-dan Lionel Messi, Hollandiya millisi və Liverpool-dan Virdjil van Deyk namizəddir.

Bundan başqa, ilin ən yaxşı məşqçisi, qapıçısı və qolu adı açıqlanacaq.

İlin ən yaxşı məşqçisi adına namizədlər: Yurgen Klopp (Liverpool), Pep Qvardiola (Manchester City), Maurisio Poçettino (Tottenham).

İlin ən yaxşı qapıçısı adına namizədlər: Alisson (Liverpool), Ederson (Manchester City), Mark-Andre ter Ştegen (Barcelona).

İlin ən yaxşı qolu adına namizədlər:  Lionel Messi (Barcelona), Xuan Kintero (River Plate), Daniel Jori (Debretsen)

Müvafiq mükafatlar qadın futbolunda da nəzərdə tutulub.

FİFA The Best mükafatının təqdimetmə mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37564 səs