23/09/2019
23:48
1730
| A A A
Yurgen Klopp ilin ən yaxşı məşqçisi seçildi

FİFA 2019-cu ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Goal.az xəbər verir ki, mükafatın sahibi İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təşkil olunan tədbirdə elan olunub.

Bu ada Liverpool-un almaniyalı baş məşqçisi Yurgen Klopp layiq görülüb. O, Tottenham-in çalışdırıcısı Maurisio Poçettino və Manchester City-yə rəhbərlik edən Xosep Qvardiolanı arxada qoyub.

Qeyd edək ki, ən yaxşı çalışdırıcı milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5757 səs