24/09/2019
11:13
9500
| A A A
Messi "The Best" mükafatında Ronaldoya səs verdi

İlin ən yaxşı kişi futbolçusu seçilən Argentina milli komandasının kapitanı Lionel Messinin kimlərə səs verdiyi bəlli olub.

Goal.az xəbər verir ki, Barcelona-nın hücumçusu FIFA-nın “The Best” mükafatı üçün səsvermədə ilin ən yaxşı futbolçusu kimi Sadio Maneni (Liverpool) fərqləndirib. O, Kriştiano Ronaldonu (Juventus) ikinci yerə layiq görüb. Hazırda Barcelona-da komanda yoldaşı olan Frenki de Yonqun adını isə üçüncü qeyd edib.

Messi ilin ən yaxşı baş məşqçisi sıralamasını bu cür edib: Xosep Qvardiola (Manchester City), Maurisio Poçettino (Tottenham), Marselo Qalyardo (River Plate).

Argetinalı forvardın əzəli rəqibi, Portuqaliya millisinin kapitanı Ronaldo isə ilin ən yaxşı kişi futbolçusu qismində hazırda Juventus-dakı komanda yoldaşı Matteys de Liqti görüb. O, həmçinin Frenki de Yonq və Kilian Mbappeyə (PSG, Fransa) səs verib.

Ronaldo ilin ən yaxşı baş məşqçisi kimi Portuqaliya yığmasına rəhbərlik edən Fernando Santuşu fərqlənidirib. Onun səs verdiyi digər iki mütəxəssis isə Cemal Belmadi (Əlcəzair millisi) və Yugren Kloppdur (Liverpoo)l.

Qeyd edək ki, ilin ən yaxşı kişi oyunçusu argentinalı Lionel Messi (Barcelona), ən yaxşı qadın futbolçusu isə amerkalı Meqan Rapino (Rennes) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp (Liverpool) layiq görülüb. Qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub.(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37564 səs