07/10/2019
12:09
1297
| A A A
"Gənc futbolçularla böyük uğur qazana bilməzsiz" - Qvardiola

Manchester City-nin baş məşqçisi Pep Qvardiola gənc futbolçularla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, ispan mütəxəssis, gənc futbolçuların xidmətindən istifadə etməməsinin səbəbini açıqlayıb:

“Gənc futbolçuların inkişafı tədricən baş verən bir prosesdir. Bizim klubumuzun məqsədi isə təkcə Çempionlar Liqasını qazanmaq deyil, ən azı bütün turnirlərdə hər zaman çempionluq üçün mübarizə aparmaqdır. Bunu etmək üçün isə daha təcrübəli futbolçulara ehtiyacımız var. Heyətimizdə gənc futbolçularımız var və təbii ki, onlar da meydana çıxacaqlar. Amma hər zaman İngiltərənin və Avropanın ən güclü klubları ilə mübarizə aparırıq. Bunun üçün bizə David Silva, Fernandinyo, Serxio Aquero, Kevin de Bruyne kimi futbolçular lazımdır. Gənc futbolçularla böyük uğur qazana bilməzsiz. Onlar komandaya kömək edə bilərlər, amma onları qələbənin əsası hesab edə bilməzsiz”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37563 səs