22/11/2020
20:48
2340
| A A A
Manchester City ulduz futbolçusuyla yeni müqavilə imzalayır

Manchester City futbolçusu Qabriel Jesusun müqaviləsini yeniləmək istəyir.

Goal.az xəbər verir ki, bu barədə Daily Star məlumat yayıb. “Şəhərlilər”in rəhbərliyi braziliyalı hücumçunun məvacibini iki dəfə artırmağa hazırdır. Jesus yeni sözləşmə ilə həftəlik 150 min funt-sterlinq qazanacaq.

2017-ci ildən Manchester City-də forma geyinən 23 yaşlı hücumçunun müqaviləsi 2023-cü ilin yayına qədərdir. Jesus bu mövsüm “şəhərlilər”lə 4 oyunda 3 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24463 səs