24/11/2020
14:58
902
| A A A
Premyer Liqada koronavirusa daha 8 yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçirilib.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

16-22 noyabr aralığında 1530 nəfərdən koronavirus testi götürüldüyü, 8 nəfərdə yoluxma faktı qeydə alındığı bildirilib.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.

Qeyd edək ki, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 76-ya çatıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24468 səs