Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
Goal.az xəbər verir ki, son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A qrupunda Bayern Münich 1/8 finala vəsiqəni bu tur rəsmiləşdirə bilər. 3 oyundan maksimum xal toplayan Münhen təmsilçisi evdə Salzburg-u məğlub edəcəyi halda adını pley-offa yazdıracaq. Qrupun digər görüşündə Atletico Madrid Lokomotiv Moskva-nı qəbul edəcək.
Gecənin maraqlı oyunlarından biri B qrupunda baş tutacaq. İnter doğma meydanda cari mövsüm turnirdə elə də uğurlu çıxış etməyən Real Madrid-lə qarşılaşacaq.
C qrupunda Manchester City Yunanıstanda Oyimpiacos-un qonağı olacaq. "Şəhərlilər" rəibinə qalib gələrək, sona 2 tur qalmış 1/8 finala vəsiqəni təmin edə bilərlər.
D qrupunda isə Çempionlar Liqasının son qalibi Liverpool Atalanta ilə münasibətlərinə aydınlıq gətirəcək. Qələbə qazanacaqları təqdirdə merisaydlıların qrupdan çıxmağı rəsmiləşəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
A qrupu
00:00. Atletico Madrid (İspaniya) - Lokomotiv Moskva (Rusiya)
00:00. Bayern Münich (Almaniya) - Salzburg (Avstriya)
B qrupu
21:55. Borussia Monchenladbach (Almaniya) - Shakhtar Donetsk (Ukrayna)
00:00. İnter (İtaliya) - Real Madrid (İspaniya)
C qrupu
21:55. Olympiacos (Yunanıstan) - Manchester City (İngiltərə)
00:00. Marseille (Fransa) - Porto (Portuqaliya)
D qrupu
00:00. Ajax (Niderland) - Midtjylland (Danimarka)
00:00. Liverpool (İngiltərə) - Atalanta (İtaliya)
Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra Sevillla, Barcelona, Chelsea və Juventus klubları 1/8 finala vəsiqəni təmin ediblər.