25/11/2020
14:38
1582
| A A A
FİFA The Best mükafatına namizədləri açıqladı

FİFA ilin ən yaxşı oyunçusuna verilən The Best mükafatına namizədlərin siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, namizədlər sırasında Tiaqo Alkantara (Bayern Münich / Liverpool), Kriştiano Ronaldo (Juventus), Kevin De Brüyne (Manchester City), Robert Levandovski (Bayern Münich), Sadio Mane(Liverpool), Kilian Mbappe (PSG), Lionel Messi (Barcelona), Neymar (PSG), Serxio Ramos (Real Madrid), Məhəmməd Salah, Vircil van Deyk (hər ikisi Liverpool) yer alıb.

FİFA-nın ilin ən yaxşılarını mükafatlandıracağı mərasim 17 dekabrda onlayn keçiriləcək. The Best-lə bağlı səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcək.

Xatırladaq ki, ötən il bu mükafatı Barcelona-nın hücumçusu Lionel Messi qazanıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24466 səs