Premyer Liqanın bəzi oyunları azarkeşlərlə keçirilə bilər
İngiltərə Premyer Liqasının Liverpul və London şəhərlərində keçiriləcək oyunlarında azarkeşlərin iştirakına icazə veriləcək.
Goal.az xəbər verir ki, paytaxt və Mersisayd bölgəsi 2-ci risk kateqoriyasına daxil edilib.
Bu şəhərləri təmsil edən komandaların oyunlarına 2 000-dək fanat buraxıla bilər. Beləliklə, Liverpool, Everton, Tottenham, Chelsea, Arsenal, Brighton, Crystal Palace, West Ham, Fulham və Southampton-un doğma meydanda oynayacağı matçlarda azarkeşlər olacaq.
Digər 10 klubun ev oyunlarında isə tribunalar boş qalacaq.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR