Premyer Liqada daha 10 yoluxma
İngiltərə Premyer Liqasında çıxış edən klublar növbəti dəfə koronavirus testindən keçiblər.
Goal.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
23-29 noyabr aralığında 1381 nəfərdən koronavirus testi götürüldüyü, 10 nəfərdə yoluxma faktı qeydə alındığı bildirilib. Yoluxanların kimliyi açıqlanmayıb.
Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 86-ya çatıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR