30/08/2019
19:26
2261
| A A A
Mancukiç PSG-nin təklifini rədd etdi

Juventus klubundakı gələcəyi müzakirə edilən Mario Mancukiç Liqa 1-də çıxış etməyəcək.

Goal.az xəbər verir ki, 33 yaşlı futbolçu, PSG-nin transfer təklifindən imtina edib. Hücumçunun yanvar ayına qədər “qoca sinyora”da qalmaq istədiyi bildirilir. Xorvat futbolçu qış fasiləsində Manchester United-ə və ya Çin liqasına transfer olunacaq.

Juventus-la 2021-ci ilədək müqaviləsi olan Mancukiç, son mövsümdə iştirak etdiyi 33 oyunda 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.