31/08/2019
14:46
4927
| A A A
“İnsanlar Neymara kimisə öldürübmüş kimi davranırlar” - Evra

Manchester United-in sabiq müdafiəçisi Patris Evra PSG-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, fransalı sabiq futbolçu, Neymarın PSG üçün vacibliyindən danışıb:

“Düşünürəm ki, onu sevməyən çox insan var. Problem budur ki, doğruları deyəndə, sənə nifrət edirlər. Yalan danışanda isə səni sevirlər. İnsanlar Neymara kimisə öldürübmüş kimi davranırlar. Onunla tez-tez danışıram. İnsanlar onun üçün, oyunu üçün darıxırlar. Bir futbolçu sevildiyini hiss etməlidir. Mənfi sözləri çox eşitdikdə, ayrılmaq qərarına gəlirsən. Amma Neymar PSG üçün çox şey edən yaxşı bir insandır. O, oyunlarda iştirak edə bilməyəndə, parislilər Çempionlar Liqasında irəliləyə bilmədilər. Onun ayrılması PSG üçün vacib problem olacaq. Onu saxlaya biləcəklərini deyə bilmərəm, amma bu baş verməsə, onlar mükəmməl futbolçunu itirəcəklər. Daha sonra Neymar Barcelona-ya qayıdacaq və həmişəki fubolçu olacaq”.

PSG-də xoşbəxt olmadığını bildirən Neymarın Barcelona-ya transfer olunacağı deyilir.