15/09/2019
12:25
1512
| A A A
“Lempard Chelsea tarixinin ən vacib 5 futbolçusundan biri olub” – Mourinyo

Chelsea və Manchester United-in keçmiş baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, “zadəganlar”ın baş məşqçisi Frenk Lempardla bağlı danışıb:

“Bir klubun futbolçusu, daha sonra məşqçisi olmaq tamam başqadır. Lempard Chelsea tarixinin ən vacib 5 futbolçusundan biri olub. Hətta bəlkə də, ən yaxşı 3 futbolçusundan biridir. Amma məşqçilik karyerası fərqlidir. O, Derby County-də bir il təcrübə topladı və indi Chelsea-nin “sükanı arxasında”dır. O, bu komandayla birlikdə Çempionlar Liqasında mübarizə aparır, UEFA superkubokunda oynadı. Lempard böyük təcrübəsi ilə bir məşqçi kimi inkişaf edəcək. Futbol hər zaman onun həyatının bir parçası olub. Düşünürəm ki, onun uğur qazanması üçün hər şərait var”.