17/03/2020
17:32
2827
| A A A
Premyer Liqada ayın ən yaxşı məşqçisi seçildi

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Burnley-nin çalışdırıcısı Şon Dayç ötən ayın ən yaxşı seçilib. O, bu mükafat uğrunda mübarizədə Mikel Arteta (Arsenal), Ole-Qunnar Sulşer (Manchester United) və Kris Uelderi (Sheffield United) qabaqlayıb. Beləliklə, 48 yaşlı mütəxəssis karyerasında ikinci dəfə ayın ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, Burnley fevralda ölkə çempionatında heç bir matçda uduzmayıb. Komanda Dayçın rəhbərliyi altında Arsenal, Newcastle və Tottenham-lə heç-heçə edib, Southampton və Bournemouth-a qalib gəlib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6003 səs