17/12/2020
13:27
763
| A A A
"Söyüşə görə qırmızı kart göstərmək olmaz"

Napoli-nin baş məşqçisi Cennaro Qatuzzo İnter-ə 1-0 məğlub olduqları matçın sonunda Lorenzo İnsinyenin qırmızı vərəqə alması haqqında danışıb.

Goal.az xəbər verir ki, baş məşqçi futbolçusunun hakimi söydüyünə görə cəza almasını tənqid edib.

"Ölkəmizdə hakimə söydüyünə görə niyə hələ də qırmızı vərəqə göstərdiklərini başa düşə bilmirəm. Mən Şotlandiyada oynadığım zaman hamı hakimə söyürdü, amma heç kim cəzalandırılmırdı",- deyə Qatuzzo açıqlamasında bildirib.

Qeyd edək ki, hazırda Napoli komandası 23 xalla liqada 4-cü yerdədir.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13576 səs