Napoli-dən Milan-a
Milan heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Goal.az xəbər verir ki, Milan Napoli-dən Fernando Llorenteni transfer etmək istəyir. A seriya təmsilçisi 35 yaşlı hücumçunu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi görür. İspaniyalı futbolçunun Napoli ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Fernando Llorente bu mövsüm Napoli-də oyuna çıxmayıb.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA