22/12/2020
17:27
4463
| A A A
Milan-ın transfer hədəfləri müəyyənləşdi

Çempionluğa ən güclü namizəd kimi görülən Milan yanvar transfer dövrü üçün hazırlıqlara başlayıb.

Goal.az xəbər verir ki, "qırmızı-qaralar" forvard və yarımmüdafiə mövqelərinə əlavələr etməyi planlaşdırıblar.

Transfer siyahısında isə Luka Yoviç, Daniella Malena, Arkadiuş Milik və Fernando Llorente yer alıb.

Xarici mətbuatda yayılan məlumata görə, komandaya yeni gələcək oyunçudan İbrahimoviçi dəstəkləməsi və əvəzləməsi gözlənilir.

Qeyd edək ki, klub A Seriyasında 13 həftənin sonunda liderdir.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13575 səs