25/12/2020
10:47
1897
| A A A
"Öləcəyimi oxudum - Qorxmayın, ölmürəm, yaşayıram"

Napoli-nin baş məşqçisi Cennaro Qattuzo İtaliya A seriyasının 14-cü turunda Torino ilə matça (1:1) sağ gözündəki sarğı ilə çıxmasının səbəbi haqda danışıb.

Goal.az xəbər verir ki, o, gözündə miasteniya qravisin okuler (autoimmun mənşəli, sinir-əzələ keçiriciliyinin pozunluğu nəticəsində eninəzolaqlı əzələlərin süstlüyü ilə xarakterizə olunan xəstəlikdir - red) olduğunu deyib:

"Gözümdə mieasteniya var. Buna görə 10 ildir əziyyət çəkirəm. Üçüncü dəfə bu xəstəlik şiddətləndi. Bu dəfə daha güclü oldu, amma hər şey keçdi, gözüm düzəlir. Hər şeyi iki görürəm. Ayaqüstə dayanmaq çətindir, ancaq mənim kimi çılğın insanlar bunun öhdəsindən gələ bilər.

Oyunçularımın məni görəndə üzüldüyünü bilirəm. Öləcəyimi oxudum. 1 aylıq ömrümün qaldığını yazmışdılar. Qorxmayın, ölmürəm. Yaşayıram" .

Cennaro Qattuzo uşaqlara da mesaj göndərib: "Güzgüdə yaxşı görünməyən uşaqlar üçün bir mesajım var. Həyat gözəldir və bundan gizlənmədən özünüzlə üzləşməlisiniz. Qorxmayın, həyat çox gözəldir və yaşamağa dəyər. Gözüm yaxşılaşacaq və hər zamankından daha yaraşıqlı qayıdacağam".(sportinfo)

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13579 səs