ÇL-da həftənin futbolçusu adına namizədlər bilindi
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Goal.az xəbər verir ki, bu ada Benfica-dan Rafa Silva, PSG-dən Lionel Messi, Napoli-dən Covanni Simeone və Porto-dan Mehdi Taremi iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.