Jordi Alba İtaliya klubunun hədəfində
Napoli qış transfer pəncərəsində Barcelona-nın müdafiəçisi Jordi Albanı transfer etmək istəyir.
Goal.az xəbər verir ki, neapollular ispaniyalı futbolçunu pulsuz əldə etmək istəyirlər.
Eyni zamanda, Albanın potensial transferi Napoli-nin hazırkı sol cinah müdafiəçiləri – Mario Rui və Matias Oliveyranın gələcəyinə təsir etməyəcək.
Albanın Barcelona ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm 33 yaşlı müdafiəçi 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.