Manchester United-in yeni transfer hədəfi
Manchester United yayda Napoli-nin hücumçusu Viktor Osimheni transfer edə bilər.
Goal.az xəbər verir ki, Napoli bu mövsüm İtaliya A Seriyasının qalibi olsa, o, klubu tərk edə bilər. Manchester United futbolçu üçün azı 120 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Osimhen cari mövsüm Napoli-nin heyətində bütün turnirlər daxil olmaqla 19 matça çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.