"Xviçanın böyük gələcəyi var" - Spaletti
Napoli-nin baş məşqçisi Luçano Spaletti komandanın yarımmüdafiəçisi Xviça Kvaratsxeliya haqda danışıb.
Goal.az xəbər verir ki, gürcüstanlı futbolçu İtaliya klubunun heyətində keçirdiyi 23 oyunda 11 qol vurub və 14 qolun ötürməsini verib.
Mütəxəssis İtaliya Milli İdman Komitəsində (CONI) çıxışı zamanı deyib: “Kvaratsxeliya driblinqdə özünü əla hiss edir. O, topla əla oynayır və müdafiəsi çətin olan fəndlər edir. O, Məhəmməd Salaha bənzəyir. Salah da eyni keyfiyyətlərə malikdir. Xviça təzyiq hiss etmir. O, çox sakitdir. Xviçanın böyük gələcəyi var”.