19/02/2023
13:52
2401
| A A A
Eintracht Frankfurt - Napoli matçının hakimləri müəyyənləşdi

Çempionlar Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində keçiriləcək Eintracht Frankfurt - Napoli oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçı Portuqaliya Futbol Federasiyasından Artus Dias idarə edəcək. Ona həmyerliləri Paulo Soares, Pedro Ribeyro köməklik göstərəcək. 4-cü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 21-i Almaniyada keçiriləcək Eintracht - Napoli görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI