01/11/2019
09:45
1222
| A A A
Neftçi Qarabağ-ı qəbul edir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

Turun açılış matçında son çempion Qarabağ əzəli rəqibi Neftçi ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi liderlə aradakı 8 xallıq fərqi azaltmaq üçün mütləq qələbə qazanmağa çalışacaqsa, Ağdam klubu zirvədəki mövqeyini daha da möhkəmləndirməyi hədəfləyib. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada da Qarabağ 2:0 üstün olmuşdu.

Sabah Səbail-lə Keşlə üz-üzə gələcək. Tura bazar günü baş tutacaq Qəbələ - Sabah və Zirə - Sumqayıt oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

X tur

20:00. Neftçi – Qarabağ

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu

Bakı. “Bakcell Arena”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8418 səs