12/11/2019
11:45
1030
| A A A
Premyer Liqada mövsümün 100-cü qolu vuruldu

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XI turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.

Ümumilikdə isə 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir. XI turun son matçında daha 2 qol vurulub. “Qarabağ” – “Zirə” görüşü 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.

money.az currency